SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış müğənni Xatun Əliyeva Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində məzəli söhbətlərilə yadda qalıb.
 
BAKU.WS
xəbər verir ki, bir çox müğənni “Həci” adlı şəxslə eşq yaşaması ilə gündəmə gəlib. Xatun da son zamanlar şou-biznesdə dəb olan "hacı" sevgili məsələsinə işarə edərək, bu trendə qoşulmaq istəyini yarızarafat, yarıgerçək dilə gətirib:

"Gördüm ki, hamı hacı tapıb ərə gedir. Mən neynəməliyəm ki? Mən də axırda Hacı Nuranı tapdım. Dedim, Hacı məni saxlama, iti, pişiyi saxlayarlar. Hacı, məni al".

Verilişin digər qonağı Nadir Qafarzadə də “Həci sevgili” məsələsinə toxunub:

“Həcilər özləri elə şəraiti yaradıblar. Sidq ürəklə həmin ziyarətə gedib-gələnlərin adını batırıblar. İndikilər “hacıleyləklərdir”. Heç olmasa oranın adına hörmət etsinlər”.

Aysel
BAKU.WS
VİDEO