SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər dəfə adı ilə gündəmə gələn müğənni Şəbnəm Tapdıq yenə də adından danışıb.

BAKU.WS
xəbər verir ki, "Hər şey daxil" proqramında adının qoyulma tarixçəsindən söz açan müğənni Şəbnəm adının ona və atası - Xalq şairi İlyas Tapdıqa uğursuzluq gətirdiyini deyib: 

"Nənəm mənə fransız adı qoymaq istəyirdi, atam razı olmadı. Rəhmətlik 51 yaşında vəfat edib. İsti yay vaxtı idi, əlində sovqatla bizə qonaq gəlib, qəfildən təzyiqi sıçrayıb, vəziyyəti pisləşib, vəfat edib. Atam evə gələndə pilləkənləri çıxarkən eşidib ki, evimizdən ağlaşma səsi gəlir. Bibim, ata nənəm, anam da ağlayırdı. Anası öləndə anamın 25 yaşı vardı. Mən də körpəydim, bir tərəfə qoymuşdular, ağlayırdım. Atam içəri keçəndə nənəmin ölümündən şoka düşdü. Atam, mənə yaxınlaşıb deyib ki, bu uşaq yazıqdır axı, ağlamaqdan çatlayır.

Həmin gün anidən işıqlar da sönüb. El qaranlığa qərq olub. Atam məni qucağına götürür və mənim göz yaşlarımı silir. Göz yaşlarımı şehə bənzədir. Belə baxır görür ki, ev alatoranlıq və mənim göz yaşlarım. Mənim adımı Şəbnəm qoyur.

Mənim adım əslində göz yaşlarından və faciədən qoyulmuş bir addır. Mənası qaranlıq nəm yer deməkdir. Elə bir mənası yoxdur.

Ondan sonra mənim atam neçə dəfə infarkt keçirdi. Elə bil ki, bu adın özümə də düşməzliyi var. Sonradan istəmişik adımı dəyişib "Şehnəm" qoyaq. O daha məntiqlidir də, şeh və nəm. Şəb nədir axı, qaranlıq". 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO