VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında qalmaqal daha da şiddətlənib.

BAKU.WS məlumat verir ki, xalq artisti İlhamə Quliyeva Aygün Kazımovanın onun haqqında "İlhamə dəfələrlə məni şərləyib" yazmağı hiddətləndirib. Lent.az-a açıqlama verən xalq artisti Aygün Kazımovanı hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirib: 

"Aygünün dedikləri ona baha başa gələcək. Dediyi sözlərə görə, 1 milyon təzminat ödəməli olacaq. Aygün ya yuxulu olub, ya da ağlı yerində olmayıb. Müğənni Natavan Həbibi ilə barışdığıma görə, Aygünü sancı tutub. Mən ona heç bir xəbərdarlıq etmək fikrim yoxdur. Bu işlə vəkilim məşğul olur. İndi dediyi sözlərə görə cavab versin".

Aygün Kazımovanın cavabı gecikməyib. Müğənni açıqlmasında İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib:

"İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir. Anasını hər gün döyürdü. Axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq? 5 metr yeriyə bilmirsən. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi".

A.Kazımova İ.Quliyevanın "onun ağlı başında deyil" sözünə də reaksiya verib:

"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulağlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu deyəsən yaddan çıxartmısınız. Hə? Bəlkə elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".

Xatırladaq ki, müğənni ilə A.Kazımova arasında qalmaqal İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuatda yayılan məktubundan sonra başlayıb. 

Ötən gün İnstaqramda Aygün Kazımova bu məsələyə münasibət bildirərək İlhamə Quliyevanın onu şərlədiyini yazmışdı: 

"Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır".
 
BAKU.WS