SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Elşad Qarayevin qohumu "Elgizlə izlə" proqramına gələrək maddi yardım istəyib.

BAKU.WS 
xəbər verir ki, Kürdəmirdə yaşayan kişi altı ailə üzvü ilə bir otaqlı mənzildə çox ağır vəziyyətdə yaşadığını, eləcə də oğlunun psixoloji problemli xəstə olduğunu bildirərək Elgizdən ona kömək etməsini xahiş edib.

Aparıcı müğənni E.Qarayevi qohumuna kömək etmək məqsədilə efirə dəvət edib. İfaçı Kürdəmirin Car kəndində yaşayan Hacı Ayət adlı dostundan qohumuna öz kömək əlini uzatmasını rica edib. Hacı Ayət sənətçinin qohumuna sözügedən kənddə ev və iş təklif edib. 

Qəribə olsa da, verilişə kömək üçün gələn kişi təkliflə razılaşmayıb:

"Mən Kürdəmirdə yaşayıram, iş yerim də Kürdəmirdi. Özüm də rayonun zibillərini təmizləyirəm. Mən uşağımın müalicə olunmasını istəyirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO