SİZİN REKLAM BURADA!
055 213 76 73


2 həftə üçüncü dəfə övlad sahibi olmaq arzusunu dilə gətirən Şəbnəm Tovuzlunun artıq hamiləlik şayiələrinin yaranmasına səbəb olub.

BAKU.WS
xəbər verir ki, bir qız və bir oğul anası Şəbnəm bu gün Nanə Ağamalıyevanın "Şou ATV" proqramında üçüncü uşaq şousunu davam etdirib.

"Mənim bir oğlum var, Əli. Onun qardaşı haqqında ilk dəfə Nanə xanımın verilişində danışacam. Hər bir ananın, hər bir xanımın arzusudur ki, övlad sahibi olsun. Bir də ki, bacıya bacı, qardaşa qardaş lazımdır", - deyən ifaçı sözünü davam etdirmək istəməyib. 

Aparıcı onun danışmaq istəmədiyini görüb israr edib: "Söyləyək, gözəl xəbərdir. Dekabr ayında..."

Şəbnəm "Qismət, İnşallah deyək. Üçüncü övladın müjdəsini buradan verəcəm", - deyərək aparıcının sözünü kəsıb.

Müğənninin xarici görünüşə nəzər salsaq 2 aydan sonra, yəni dekabrda uşaq dünyaya gətirməsi qeyri-mümkündür. Bu halda bir versiya qalır, Şəbnəm artıq hamilədir və 2 aydan sonra uşağın cinsiyyəti bəlli olacaq. 

Qeyd edək ki, Ş.Tovuzlu 2 həftə əvvəl verdiyi müsahibəsində üçüncü dəfə ana olacağını belə anons etmişdi: "Çox istəyirəm. Bu istəyimə heç nə mane olmur. Yaxınlarda bu xəbəri də eşidə bilərsiniz. Sadəcə övladı verən Allahdır. Mən uşağı çox sevirəm. Özüm tək böyümüşəm deyə, uşaq üçün ölürəm. Allah bütün balaları qorusun, 2 övladım var, amma yenə uşaq istəyirəm. Bu barədə artıq düşünürük. Qismət Allahdan. Dünyaya gələcək olan uşağın cinsiyyətinin nə olmasının önəmi yoxdur. Çünki qızım da var, oğlum da. Bundan sonra nə olsa, qəbulumdu".

Xatırladaq ki, Ş.Tovuzlu "Həci" adlandırdığı iş adamı ilə ailə qurduğunu deyir. Müğənni Həcinin kimliyini mediadan gizli saxlayır və sosial şəbəkədə yalnız Həcinin qolunun şəklini paylaşır. Buna səbəb onun digər xanımla rəsmi nikahda olmasıdır.

İlk nikahından bir qızı olan sənətçinin bu izdivacdan Əli adında bir oğlu var.  

Aysel
BAKU.WS
VİDEO