VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əslində "Maşın şou"ya iştirakçı kimi dəvət olunmuşdum, qonaq qismində getdim. Düşündüm ki, qalmaqalın içində olmaqdansa, kənardan seyr etməyim daha gözəl olar".

BAKU.WS xəbər verir ki, bu sözləri  "Maşın" realiti-şousunun qala gecəsinə qatılan tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı söyləyib. O, bununla da, realiti-şouya dəvət aldığını, lakin işttirakdan boyun qaçırdığını təsdiqləyib.

Ölkənin ən reytinqli efir layihəsi “Maşın Şou"nun 18-ci sürəti dünəndən "Maskarad" adı ilə start götürüb. Xalq artisti Murad Dadşovun layihə rəhbəri və aparıcısı olduğu şou ATV kanalında canlı olaraq yayımlanır.

“Opel” markalı avtomobil uğrunda müğənnilər Bilal Əliyev, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Kərim Abbasov, Niyam Salami, Nazim Pişyari, Türkan Vəlizadə, Ramal İsrafilov, aktryorlar Fatma Mahmudova, Məcid Hüseynov, aparıcılar Lalə Mustafayeva, Zümrüd Qasımova, Kəmalə Piriyeva, reper Qurd, aşıq Namiq Fərhadoğlu, meyxanaçı Aqşin Fateh və türkiyəli bloger Suna Kasımoğlu mübarizə aparacaq.

Aysel
BAKU.WS
VİDEO