SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maşın"da elə şeylər baş verir ki, efirə versəm, nəinki Azərbaycan, dünya reytinqlərini qıraram".

Bu sözləri sözügedən realiti-şounun layihə rəhbəri və aparıcısı Murad Dadaşov deyib.

BAKU.WS
xəbər verir ki, Murad Arifin "Popumuz var" proqramının növbəti qonağı Murad Dadaşov olub. Aparıcının müsahibinə "Maşın" realiti-şou ilə bağlı tamaşaçıları maraqlandıran belə bir sual ünvanlayıb:

"Niyə bir qisim məşhurlar "Maşın" realiti şouya gəlməkdən imtina edir. Müxtəlif bəhanələr deyirlər, amma ümumi məntiq budur ki, ora mənim yerim deyil. Bu nə deməkdir? Ora haradır ki, onların yeri deyil? Gəlməyənlər bəlkə düşünürlər ki, getsəm, orada pis vəziyyətə düşərəm, alçala bilərəm. Düz deyirəm?"

M.Dadaşov şouda heç kimin alçaldılmadığını bildirərək M.Arifin fikirləri ilə razılaşmayıb: 

"Mənim özümü "Maşın" şouya dəvət etsəydilər, bilirəm ki, iştirak etmək mənə çətin olardı. Ya məni birinci gün çıxardardılar, ya da qalib olardım. Başa düşmək istəmirlər ki, mən heç vaxt imkan vermərəm ki, orada kimsə kimisə alçaltsın. Orada heç kim heç kimi alçaltmayıb. "Maşın" şouda efirdə baş verənləri digər kanalların verilişlərdəki hadisələrlə müqayisə etsəniz, deyərsiz ki, bunlar mədənidirlər.  

Orada baş verənlərin hamısını efirə verməyə mənim tərbiyəm imkan verməz. Valalh, ayıbdır vallah. Axı mənim də atam-anam, övladlarım baxır.  Halbuki qəhrəmanların özləri deyib ki, ver də, bu yaxşıdı, axşam baxarıq. Demişəm, yox, ayıbdır".

Qeyd edək ki, "Popumuz var" Youtube verilişinin Murad Dadaşovla buraxılışının tam versiyasını bu linkdən izləyə bilərsiz: https://www.youtube.com/watch?v=Z2wlxkDFbjc 

"Popumuz var" layihəsinin informasiya dəstəyi BAKU.WS saytıdır. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO