VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Damla olub.

İfaçı xəyanətə uğradığını etiraf edib:

“Xəyanət etməyən kişi yoxdur. Onların fitrətində var. Hər qadın kimi mən də xəyanətlə üzləşmişəm. Amma zamanla insan üçün hər şey adiləşir. Qadın hər zaman böyük-böyük danışır ki, bağışlamaram, amma məqam olur ki, bağışlayırsan. Çünki sevgi qüruru əzib keçir”.

Damla ailə qurmaq istəyindən də danışıb:

“Bəzən ailə də arzulayıram. Müəyyən bir yaşdan sonra insan ailə istəyir. Qız uşaqlarını çox sevirəm. Bəzən istəyirəm, bəzən qorxuram. Haqqımda xeyirlisi nədirsə o da olacaq. Bilirəm ki, oğlum ailə qurmağıma razı olmaz, icazə verməz”.
BAKU.WS
VİDEO