SİZİN REKLAM BURADA!
055 213 76 73


Teleməkanda "susan aparıcı" kimi ad çıxaran Pərvanə Ağadadaşova (Tahirqızı) bu gün danışdı.

BAKU.WS
xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramının aparıcılarından biri olan Pərvanə danışar-danışmaz aləmi bir-birinə vurub.

Belə ki, Məhəmməd adlı gənc küsüb ata evinə gedən həyat yoldaşını geri qaytarmaq üçün verilişə müraciət edib. Lakin həyat yoldaşı Məhəmməddin onu döydüyünü və burnunu sındırdığını deyərək qətiyyətlə barışmaq istəmədiyini bildirib. Gənc qadın ümumiyyətlə onu döyən ərdən qaçıb gizlənib.

Məhəmməd həyat yoldaşının geri dönməyəcəyilə barışaraq verilişi tərk edir.

Onun kədərli halda studiyanı tərk etməsi Elgiz Əkbəri məyus edir:

"Deyirik ki, burnunu sındırıb. Vallah, çox təsadüfən əli dəyib. Amma hərdən qadınların ailə-münaqişəsi zamanı döyüldüyü ilə bağlı elə videolar görürük ki, adam dəhşətə gəlir".

Elgizin bu sözləri Pərvanəni dilə gətirir və Məhəmmədin xanımının burnunu sındırmasına haqq qazandırmaq istəyir:

"Bir məsələ də var, xanımı görməmişik, bəlkə vardar edib, burnunu sındırıb? Elə xanımlar var".

Aparıcı bununla da qadına qarşı zorakılığa, şiddətə haqq qazandırmış olur.

Azərbaycan efirində baş verən təəssüedici məqamları təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO