VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni bir fikir yaranıb, bəlkə bir övlad yaratmaq lazımdır? Belə bir layihə ola bilər". Bu sözlər xalq artisti Mübariz Tağıyevə məxsusdur. 

BAKU.WS
xəbər verir ki, 71 yaşlı müğənni "Elgizlə izlə" proqramında telefonla canlı bağlantıya qoşularaq üçüncü dəfə ata olması barədə yayılan yalan xəbərlərə əvvəlcə zarafatla yanaşıb.

Daha sonra əslində nəvəsinin doğulduğunu deyib və dəqiqləşdirmədən xəbər yazanları qınayıb:
 
"Mənim nəvəm dünyaya gəlib, oğlan nəvəm. Xəbərləri oxuyub pis vəziyyətə qaldım. A balam, bu nə biabırçılıqdır? Bilmədən belə xəbəri yaymaq olar?"

Qeyd edək ki, xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. Birinci evliliyindən iki qızı var. İkinci həyat yoldaşı rəqs müəlliməsidir.

Aysel
 
BAKU.WS
VİDEO