VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam həbs olunanda çətin günlər yaşadıq. 1886-88-ci ildə atam həbsdə oldu, ona şər atmışdılar. Təbii ki, sonradan bəraət verdilər". 

BAKU.WS
xəbər verir ki, bu sözləri əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin "Popumuz var” layihəsində deyib. 

O, atası - yazıçı Çingiz Ələkbərzadənin həbsi üzündən maddi çətinliklər yaşadığını dilə gətirib:

"Azadlığa çıxandan sonra da maddi olaraq çətin anlar yaşadıq. Həmin vaxtda ikinci sinifdə oxuyurdum. Hər şeyi çox gözəl dərk edirdim, gecələri ağlayırdım. Nənəm bütün günü ağlayırdı. Bizdən gizlədə bilməzdilər. Həbsxananın qapısında saatlarla gözləmişik, onunla görüşmüşük. 

Atamla qürur duyuram. Amma həbsxana onun yeri deyildi. Çünki azadlığı sevən biri idi. Birdən-birdə böhtan atılır və iki il yarım həyatından gedir.  İndi isə ana-atamın hər şeyini saxlayıram. Əşyalarını heç kimə verə bilmərəm".

"Popumuz var" Youtube verilişinin Sevda Ələkbərzadə ilə buraxılışının tam versiyasını bu linkdən izləyə bilərsiz: https://www.youtube.com/watch?v=at90BBTho-8

"Popumuz var" lahihəsinin informasiya dəstəyi BAKU.WS saytıdır. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO