SİZİN REKLAM BURADA!
055 213 76 73


Teleaparıcılar Rövşanə Ağasəfqızı və Elgiz Əkbər aparıcının efirdə ağlamasını pisləyiblər.

BAKU.WS
xəbər verir ki, ARB-nin "Üç əlli" verilişinin aparıcısı hər iki aparıcıya üzünü tutaraq belə deyib:

"Mənə dedilər ki, Azərbaycan teleməkanında ağlamayan iki aparıcı var. Biri Rövşanə Ağasəfqızıdır, o biri də Elgiz Əkbər".

Rövşanə xanım "Biz artistliyi bacarmırıq" deyib.Televiziya aparıcıları də deyib. Aparıcı efirdə ağlayan həmkarlarını tənqid edib:

"Biz artistliyi bacarmırıq. Valalh, nə var, onu deyirəm. Mən elə hesab edirəm ki, kamera qarşısında ağlamaq doğru deyil. Bəzən canlı yayımda dolduğum anlar olub, amma özümü toparlamışam. Sən yas mərasimində deyilsən ki. Bacarırlar. edirlər. Mən bacarmıram!"

Elgiz Əkbər də həmkarının fikirləri ilə razı olduğunu bu sözlərlə təsdiqləyib:

"Öz işləridir, ağlayıb ağlamamaqlarına qarışmıram. Amma heç vaxt ağlamamışam. Elə dəhşətli anlar olub ki, ürəyim partlayıb. Uşaq ayaqlarıma qapanıb ki, nə olar, qardaşımı ölməyə qoyma, bu cür çətin vəziyyətlərdə belə aparıcı özünü saxlamalıdır. Çünki tamaşaçı sənə pənah gətirir, ona qoşulub niyə ağlayım? Tamaşaçı dərdini sənə söyləməyə gəlirsə, sən də ona qoşulub ağlasam, ona necə təsir edəcək? Düşünəcək ki, bunun özünə kömək lazımdır".

Hər iki aparıcının bu sözlərinin efirdə dəfələrlə kövrəldiyinin şahidi olduğumuz "Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızına bir atmaca olduğunu deyənlər var.

Aysel
BAKU.WS
VİDEO