SİZİN REKLAM BURADA!
055 213 76 73


Son 4 il ərzində iki doğmasını itirən müğənni Tacir Şahmalıoğlu televiziya tamaşaçılarını ağladıb.

BAKU.WS
xəbər verir ki, xanəndə ATV-nin "BizimləSən" proqramında acısını dilə gətirərkən göz yaşlarına hakim ola bilməyib.

"Cavan qardaşımı, anamı itirdim. Çox ağır dərddir. Bir gün anam dedi ki, məni Mahirin qəbrinə apar. Axşam idi, dedim, ana, səhər apararam. Dedi ki, səhərdən o yana qalmasın.

Səhəri gün getdik. Qəbir üstündə molla fatihə verəndə, gördüm ki, anam qəbirə nə isə pıçıldayır. Yolda gələndə soruşdum ki, mama, qəbirə nə deyirdin. Dedi, heç nə.

Dedim, nolar, qurban olum, de də. Dedi ki, balama söz verdim ki, tezliklə yanına gələcəm. Bir ay çəkmədi, 20 gündən sonra anam getdi. (Hönkürtüylə ağlayır).

Mən anaların nə çəkdiyinin şahidi olmuşam. Qardaşımdan sonra anam sındı. Ağzında dili olmayan anam elə ağılar deyib ağlayırdı ki..."

Xatırladaq ki, Tacir Şahmalıoğlunun kiçik qardaşı 36 yaşlı Mahir Şahmalı oğlu Allahverdiyev 2015-ci ildə dənizdə batmışdı. Anası Südabə Allahverdiyeva 31 iyul 2019-cu ildə vəfat edib.

Aysel
BAKU.WS
VİDEO