Belə ki, verilişinin ilk qonaqlarından biri “ARB TV”nin məhşur siması, aparıcı Elgiz Əkbər olub.
Elgiz Əkbər onu pardoiya edənlər siyahısında yalnız “Planet Parni iz Baku”dan incidiyini bildirib:
“Bakılı oğlanlarından çox incimişdim. Çünki, onlar məni çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan? Olmaz!
Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?”.
BAKU.WS
VİDEO