SİZİN REKLAM BURADA!
055 213 76 73


"Toydan sonra yengə lazım deyil".

BAKU.WS
xəbər verir ki, bu sözləri tanınmış müğənni Manaf Ağayev deyib.

APA TV-də yayımlanan "Tahirə ilə gecə söhbətləri" verilişinin qonağı olan ifaçı lazımlı və lazımsız adət-ənənələrlə bağlı fikirlərini açıqlayıb.

O, bəzi toy adətlərinin aradan qaldırılmasının zamanı gəldiyini bildirib və toydan sonra yeni cütlüyün yengənin müşayiətilə gərdəyə girməsini pisləyib:

"Elə adət-ənənələrimiz var ki, mənim heç xoşum gəlmir. Bizə yaraşmaz. Məsələn, toydan sonra yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevim evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?!"

Aysel
BAKU.WS
VİDEO