SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgim Musazadə ATV telekanalında yayımlanan "Azərbaycanın səsi - Bala" yarışmasında iştirak edib.

BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, 11 yaşlı Sevgim türk mahnısı "Keskin bıçaq"ı səsləndirib. Münsif kürsüsündə əyləşən hər 3 jüri də onun ifasını bəyənib və düyməni basaraq, onu öz komandasına əlavə etmək istəyini bildiriblər.

Sevgim jurilərin hamısını sevdiyini bidirsə də, yarışmanı Əməkdar artist İntiqam Kərimovun komandasından davam etmək istədiyini söyləyib.

Qeyd edək ki, yarışmada digər münsif kürsüsündə Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Elnur Məmmədov əyləşib.
BAKU.WS
VİDEO