SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl qardaşı qəza keçirən müğənni Ayan Babakişiyevanın həmkarı Kərim Abasovla rəqsini əks etdirən video birmənalı qarşılanmayıb.

BAKU.WS
xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Ayanın ünvanına "Qardaşınız necədir?", "Məhərrəmlikdə bu nə şadyanalıqdır?" kimi şərhlər yazıblar.

Babakişiyeva əkiz qardaşı Samirin fotosunu yayımlayaraq tənqidlərə cavab verib:

"Canım əkizim, artıq yavaş-yavaş ayağa qalxırsan. Qardaşım qəzadan sonra komada olmayıb. Sadəcə çox ağır, ölümdən dönüləcək qəza oldu. Şükür, Allah Samiri bizə bağışladı. Bəzi insanlar yazmasın ki, qardaşı komadadır, sən əylənirsən. Dünən mənim ən doğma insanımın, uşaqlıqdan böyütdüyüm birinin məclisi idi. Dostlarım da məni tək buraxmadılar".

Xatırladaq ki, Ayan Babakişiyevanın qardaşı Samir avqust ayının 14-də Türkiyədə ağır avtomobil qəzası keçirib. Həkimlər çətinliklə onu həyata qaytarıblar.

Aysel
BAKU.WS
VİDEO