SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə təhqir yazan insanlardan danışıb.

BAKU.WS Yenicag.az-a istinadla xəbər verir ki, aparıcı həmin insanlara qarşı sərt fiikrlər səsləndirib:

“Məni ən çox qıcıqlandıran sosial şəbəkədə yazılan təhqirlərdir. Sosial şəbəkələr uğursuz insanların aqressiyasını tökmək üçün bir meydana sevrilib. Çünki uğurlu insan bu qədər təhqir “qusa” bilməz.

Bu dəhşətdir, tərbiyəsizlikdir. Belə adamlara qarşı hüquq mühafizə orqanları ilə bərabər ciddi şəkildə ictimai qınaq da olmalıdır. Sənə kim ixtiyar verir ki, kimisə təhqir edəsən, dərəbəylikdir?”
BAKU.WS