VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bir çox tanınmış məşhuru öz həyatını okeanın o tayında - Amerika Birləşmiş Ştatlarında davam etdirir. Onlardan bəziləri yaradıcılığını davam etdirsə də, əksəriyyət fərqli sahələrdə işləməyə başlayıb. 

BAKU.WS
"qafqazinfo"ya istinadən Azərbaycandan ABŞ-a üz tutan məşhurları təqdim edir: 

Aparıcı Rüfət Ağayev – 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, ATV kanalının və 106.3 FM-in aparıcısı olub.

Aparıcı Günel Hümbətova – Aparıcı 2015-ci ildə ABŞ-da Firuz Soliyev adlı şəxslə ailə qurub. O, ailə qurduqdan bir müddət sonra Azərbaycana qayıtsa da, 2018-ci ildə yenidən Nyu-Yorka köçüb. Cütlüyün bir qızı var.

Aparıcı Günel Musəvi - 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərinə yollanan Günel 2010-cu ildən Minnesota ştatının Sent-Pol şəhərinə yerləşib və "Metrostate Universitety"də Uşaq Psixologiyası üzrə təhsil alıb. 2015-ci ildə həmyerlisi ilə ailə quran Günelin 3 yaşlı Sevil adlı qızı var.

Müğənni İlhamə Qasımova – 2017-ci ildən Los—Ancelesə köçən İlhamə əvvəllər Amerikaya gəzmək üçün və işlərinə görə getdiyini bildirsə də, artıq neçə ildir ki, orada yaşayır. Qasımova ABŞ-a getməzdən əvvəl ikinci həyat yoldaşından da ayrılıb. O, buna səbəb kimi övladının olmamasını göstərmişdi.

Müğənni Elariz Məmmədoğlu – Həyat yoldaşı Gülnar xanımın “Greencard” lotoreyasını udmasından sonra bu il ABŞ-a üz tutan Elariz Nyu-York şəhərində yaşayır. O hətta restoranların birində işə də düzəlib.

Reper Elmir Məhərrəmov – “Dəyirman” qrupunun keçmiş üzvü Elmir də “Greencard” vasitəsilə Amerikaya köçənlərdəndir. O, 2018-ci ilin mayından ABŞ-da yaşayır.

“Eurovision” təmsilçimiz Fərid Məmmədov – Fərid 2017-ci ildən ABŞ-a köçüb. Nigar adlı xanımla ailəli olan 28 yaşlı Fərid Nyu-Yorkda kuryer işləyir.

Müğənni Şeyla – “Sev” mahnısı ilə məşhurlaşan müğənni Şeyla 2009-cu ildə Los-Ancelesə köçüb. Əcnəbi vətəndaşla ailə quran və 2 uşaq anası olan Şeyla bir müddət dizayner kimi fəaliyyət göstərsə də, hazırda turizm sahəsində çalışır.

Aparıcı Səxavət Nur – 2014-cü ildən ABŞ-a köçüb. O,  Vaşinqton şəhərində yaşayır.

Aparıcı Aynur  Talıbova –2018-ci ildən ABŞ-ın Virciniya ştatında yaşayan Aynur Simran Baxış adlı şəxslə ailəlidir. Cütlüyün Uğur adlı bir oğlu var. Aparıcı ABŞ-da restoranların birində qabyuyan işləməsi xəbərləri ilə gündəmə gəlmişdi.

Aparıcı Qənirə Ataşova – Fəaliyyəti dayanmış ANS televiziyasının məşhur aparıcılarından olan Qənirə Ataşova 2017-ci ildən ABŞ-a köçüb. Hazırda o, oğulları ilə birlikdə Vaşinqtonda yaşayır.

Aktrisa Firəngiz Rəhimbəyova – “Bəxt üzüyü” filmindən “Seda” obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova 1993-cü ildən qızı Raisa ilə birlikdə Los-Ancelesdə yaşayır. Raymond Antoni adlı şəxslə ailəli olan aktrisa həm yaradıcılıqla, həm də bizneslə məşğuldur.
BAKU.WS
QALEREYA