VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeganə insanam ki, Hacı Nuranın o verilişləri aparmasını istəmirəm". Bu sözləri Röya deyib.

BAKU.WS
xəbər verir ki, ATV-də veriliş aparan Hacı Nuran Hüseynov yeni televiziya mövsümündə Xəzər TV-də də yeni layihə təqdim edəcəyini bildirib.

Yaxın dostu ilə birlikdə "Hər şey daxil" verilişinin qonağı olan əməkdar artist onun efirə qayıtmasını istəmədiyini deyib:

"Mən istəmirəm Hacı sosial veriliş aparsın. Onun pozitiv yerlərdə olmasını istəyirəm. O, elə efirdə olmadan belə hər kəsə dəstəkdir, kömək edir. Çünki hər şeyi ürəyinə salır, aurası qaralır. Axı biz hamıya çata bilmərik. Mən sənin həmişə pozitiv olmanı istəyirəm, heç vaxt xəstələnməyəsən!".  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO