SİZİN REKLAM BURADA!
055 213 76 73


Oğlunun vəfatından sonra səhnə ilə vidalaşan əməkdar artist Zöhrə Abdullayevanın yeni görüntüsü yayılıb.

BAKU.WS
xəbər verir ki, videoda Zöhrə xanımın ağ saçları diqqət çəkib. 

Oğlunun ölümündən sonra "Mənim üçün həyat bitdi" deyib, bir daha oxumayacağını bəyan edən Zöhrə Abdullayeva səhnəyə yalnız mərhum oğlunun istəyilə qayıdacağını deyib: "Yuxuma gəlmir, nə zaman gəlib desə ki, ana, oxu, səsinçün darıxmışam, o zaman oxuyacam".

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Aysel
BAKU.WS
VİDEO