SİZİN REKLAM BURADA!
055 213 76 73


Murad Arifin "Popumuz var" layihəsinin növbəti qonağı "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli olub.

BAKU.WS 
xəbər verir ki, olduqca səmimi alınan söhbətdə Əlibəyli maraqlı və qalmaqallı cavablar verib:

M.Arif - Elçin Əlibəylinin intelektual səviyyəsi və İQ-sü ilə verilişlərinin estetik keyfiyyəti arasındakı fərqi nə ilə izah edə bilərsiz?

E.Əlibəyli - Bunu mən şəxsi hesabıma edirəm, heç kanal da etmir. Qardaş, gücüm buna çatır. Mənim pulum, imkanım buna çatır, bunu da edirəm. Gəlin yaxşı pul-sponsor tapın verin mənə, daha yaxşısını edim.

Nə vaxt sizin kimi alternativ gəlir mənbələrim olarsa və yaxud da, yenə də deyirəm, xanım deyiləm ki, kişi sponsorum olsun və yaxud da mənim dostluğumda, xanım aparıcıların bir çoxunun olduğu kimiətrafımda elə milyonçular yoxdur ki, mənim verilişimə pullar töksünlər. Onlar fahişələrə, eyş-işrət məclislərinə pul tökə bilərlər. Amma "Bilik Akademiyası" adlı intelektual veriliş açmaq istəyirdim. Bu layihə əlimdə 8 ay gəzmədiyim şirkət qalmadı. Söhbət çox böyük məbləğdən getmirdi, ayda 8000 manatı verəcək 4 şirkət tapılmadı. Hərəsinə 2 min manat düşürdü.

Öz şəxsi nüfuzumdan istifadə edib kimlərə qədər gedib çıxdım, adbaad çəkərəm. Qapısını döydüklərim arasında ən yüksək səviyyədə məmur övladları vardı. İndi təzə bir şeydir də, məmur övladı mütləq biznesmen olur. Bu nə təhər olur, başa düşə bilmirəm. Yəqin Allah vergisidir, irsən bunlara ancaq idarəetmə və pul qazanma keçib".

"Popumuz var" Youtube verilişinin Elçin Əlibəyli ilə buraxılışının tam versiyasını bu linkdən izləyə bilərsiz: https://www.youtube.com/watch?v=GViNUyzA7-U&feature=youtu.be&fbclid=IwAR3qBgWX0dahJ3G--KPS_BcXa5N58PmHizyFw3QIOwlU_E5XboRpE1pOAq0 

Qeyd edək ki, "Popumuz var" lahihəsinin informasiya dəstəyi BAKU.WS saytıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO