SİZİN REKLAM BURADA!
055 213 76 73


1962-ci ildə yüksək dozada sakitləşdirici dərman qəbulu nəticəsində vəfat edən dünyaca məşhur amerikalı ulduz Merilin Manronın morqdaykən çəkilən fotolarının olduğu ortaya çıxıb.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Fox News kanalının Merilinin ölümü ilə bağlı hazırladığı "The Death of Marilyn Monroe" sənədli film üçün reportaj verən fotoqraf Leiqh Vinerin oğlu Devik atasının morqa girərək aktrisanın onlarla fotosunu çəkdiyini deyib.


Şəkillərdən bəzilərini işlədiyi jurnala verən Leiqh Merilinin çılpaq pozda çəkilən fotolarını gizlədibmiş. Devik atasının 1993-cü ildə öldüyünü və son günədək həmin şəkillərin yerini demədiyini bildirib.


Qeyd edək ki, aktrisanın ölümündən sonra üzərinə ağ parça sərilmiş fotolarının mediada çıxması Monronun pərəstişkarlarının ciddi etirazına səbəb olmuşdu.

BAKU.WS