VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Ayan Babakişiyevanın Türkiyədə avtomobil qəzası keçirən qardaşının vəziyyəti yaxşılaşıb. 

BAKU.WS xəbər verir ki, keçirdiyi qəzada ağır bədən xəsarətləri alan Samir Babakişiyev əməliyyatdan sağ-salamat çıxıb və hazırda vəziyyəti normaldır.

Qeyd edək ki, Samirlə Ayan əkizdirlər. Ayan "İnstagram" hesabında əkiz tayı ilə birgə görüntülərini paylaşaraq onun yaşadıqlarını canı və qanı ilə hiss etdiyini yazıb: 

"Sən mənim canımdan bir parçamsan, əkizimsən, uşaqlığım-saflığımsan. Samirim, bu gün sənin o baxışını bir də görmək istəmirəm. Ayağa qalx, yanımda gücüm ol! Sən mənim əkizimsən, elə bil mənim də canım yaralandı. Sən nə hiss edirsənsə, nə ağrı çəkirsənsə mən də eynisini yaşayıram. Amma bilirsən də, anamız bu dəqiqə nələr çəkir. Ona görə də güclü ol, ayağa qalx!"

Ayan qardaşı üçün dua edən hər kəsə təşəkkür etməyi də unutmayıb:

Bilmirəm nə deyim, nə yazım... Var olun, mənim əzizlərim, Allah nə arzunuz varsa yerinə yetirsin. Mən indi bir daha əmin oldum ki, məni nə qədər çox istəyən, sevən, dua edən insanlar var. Tanıdıqlarım və tanımadıqlarım minlərlə insan qardaşım üçün dua etdi. Allah sizi var etsin, sizin dualarınız sayəsində qardaşım əməliyyatdan sağ-salamat çıxdı. Çox şükür, səhhəti normaldır. İnşallah tez ayağa qalxa bilər. Güman edirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO