SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə barışıb.

BAKU.WS məlumat verir ki, uzun müddətdir küsülü olan sənətçilər toy məclislərinin birində qarşılaşıblar. Barışıq addımını Nadir Qafarzadə atıb. Müğənni bu haqda İnstaqram hesabında yazıb:

"Bu gün bir dostumuzun bacısının xeyir işində Flora xanımı gördüm. Aramızda inciklik olsa da, yaxınlaşıb görüşməyi özümə borc bildim. Elə də etdim, mən onu sevirəm. Yaşa dolduqca həyata baxışım dəyişir. Heç kimlə küsülü qalmaq istəmirəm. Qorxuram ki, qəfil dünyadan köçərəm, kimdənsə küsülü gedərəm. Bir-birinizin qədrini bilin, onsuz da dünya fanidir”.

Xatırladaq ki, F.Kərimovanın N.Qafarzadə üçün dediyi "Sənə çörəyi mən vermişəm” sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə xalq artistinə sərt cavab vermişdi.
 
BAKU.WS