VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Təranə Səmədova illərdir düşmən münasibətində olduğu Rəqsanə İsmayılovanın döydürdüyü şəxslərin içində olmadığını deyib.

BAKU.WS
xəbər verir ki, Səmədova Yeni Müsavatın canlı efirində mövzu ilə bağlı ona ünvanlanan sualı cavablandırarkən bu sözləri deyib:

"O üç nəfərin içində mən yoxam. Yəqin ki, söhbət kişi cinsindən gedir. Rəqsanənin döydürdükləri arasında mən olmamışam".

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun Tarix Əliyevin “Tolik ilə səmimi” layihəsində anasının ona görə üç nəfəri döydürdüyünü demişdi.  

Aysun daha sonra Təranə Səmədovanın onun adına "odnoklasniki”də səhifə açıb, pis məqsədlə anasının və nənəsinin nömrəsini yaydığını açıqlamışdı:

"14 yaşımda “odnoklasniki”də adıma səhifə açılmışdı və anamla nənəmin nömrəsi qoyulmuşdu. Bir qız uşağına qarşı biabırçı addım atmışdılar. Anam şirkətin Rusiyadakı baş ofisinə getdi. Sistemdə Təranə Səmədovanın şəkli çıxdı. Ölmüş bir adamın şəxsiyyət vəsiqəsilə mənim adıma profil açmışdılar”. 

Aysel 
BAKU.WS
VİDEO