VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölümün bizi ayırıb, sonra yenə sonsuzadək birləşdirəcəyinə inandığım nağılımsan"

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova həyat yoldaşına ünvanlayıb.

Türkiyədə yaşayan ifaçı bu gün doğum gününü qeyd edən həyat yoldaşı Ceyhun İzerə ürək sözlərini sosial mediada paylaşıb:

"Yeni yaşın mübarək, həyat yoldaşım. Bu həyatda səninlə yaşadığım gözəlliklərin sayı-hesabı yoxdur. Mən səndən razıyam, Allah da səndən razı olsun. Baxmayaraq yaz ayında dünyaya gəlmişəm, ən çox payızı sevirəm. Səninlə yazı da sevdim. Ərim, həyat yoldaşım, dostum, yaxşı gündə, pis gündə əbədi yol yoldaşımsan mənim. Ölümün bizi ayırıb, sonra yenə sonsuzadək birləşdirəcəyinə inandığım nağılımsan".

Xatırladaq ki, İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpek adlı bir qızı, Əli adlı bir oğlu var.

Aysel
BAKU.WS
QALEREYA