SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Rahidə Baxışova orta məktəbdə oxuyarkən müəllimi tərəfindən zorakılığa məruz qalıb.

BAKU.WS xəbər verir ki, ifaçı bu barədə Tolikin "Hər şey daxil" proqramında danışıb:

"Aybəniz adlı riyaziyyat müəllimim mənim yaddaşımda o qədər pis qalıb ki... O müəllimin adı gələndə nifrətim oyanır. Dırnaq boyası çəkib məktəbə getmişdim, cəzalandırdı. Taxta xətkeşlə əllərimə vurdu. Uşaq idim, əlimi xətkeşlə döymədən başa sala bilərdi. İnanın, illər keçib, hələ də o qadına nifrətim soyumayıb. Əvvəllər deyirdim ki, o qadın ölsə belə, bir içim su vermərəm". 

Aysel
BAKU.WS
VİDEO