SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Rafael Dadaşov dövlət başçısı İlham Əliyevlə yaddaqalan görüşündən danışıb. 

BAKU.WS
xəbər verir ki, "5-də 5" verilişinin qonağı olan xalq artisti görüşün maraqlı məqamlarını televiziya tamaşaçıları ilə bölüşüb:

"2007-ci ildə Murad Dadaşovun “Maşın” şousunda iştirak etdim. Bir neçə sənətkarlar saqqımızı oğurladı ki, ancaq aktyorlar olacaq, amma yalan imiş. Tünzalə Ağayeva məni oyundan çıxardı. Çox anlaşılmaz bir durum idi. İndiyədək hamı soruşur ki, səni oyundan niyə çıxardı?

Həmin ərəfədə Respublika günü münasibətilə mayın 25-də "Gülüstan" sarayında sənət adamlarını bir araya yığdılar. Həmin il ulu öndər Heydər Əliyevin ad günündə mənə ev verilmişdi. Prezidentə təşəkkür etmək üçün fürsət axtarırdım. Tədbirdə gəzirdim ki, İlham Əliyev məni görsün. Gördü, dedi ki, Rafael, yaxın gəl. Yaxınlaşdım ki, təşəkkür edəm, özü açdı söhbəti. Qayıtdı ki, səni “Maşın”dan niyə çıxardılar? Hamı gülməyə başladı. Çaşdım, dedim ki, cənab Prezident, baxırsınız? Dedi ki, o gün təsadüfən kanallara baxırdım, gördüm ki, “Maşın” realiti şou gedir və Rafaeli çıxardılar. Səni layiq olmadığın halda niyə çıxardılar? Sən neyləmisən?

Dedim ki, cənab Prezident, oyundur, kimisə çıxarmalıdırlar. Qayıtdı ki, yox, səni niyə çıxardılar? Bu, düz deyil, səni oyuna qaytarsınlar. Demək istəyirəm ki, Prezidentimiz diqqətlidir. Verilişə də baxır, maraqlanır".

Aysel
BAKU.WS
VİDEO