VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb. 

Aparıcı BAKU.WS-ə açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirdi:

"Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq".

Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.


Zülfiyyə Qurbanova
BAKU.WS