SİZİN REKLAM BURADA!
055 213 76 73


"Dj Fateh: "Heç kim Azərbaycanda homoseksual doğulmaq istəməzdi"

Bu sözləri "Manpası" verlişinin aparıcısı Dj Fateh, "Youtube" portalındakı ən məşhur Azərbaycan verilişi, Murad Arifin "Popumuz Var!" layihəsində səsləndirib.

O Muradın ünvanladığı, "Cəmiyyətin LGBT üzvlərinə münasibəti necədir" sualını belə şərh edib:

"Cəmiyyətin münasibəti İlqar Mikayıloğlunun münasibəti kimidir. Məsələ onda deyil ki, İlqarın münasibəti pis və ya yaxşıdır. Çoxluq necə düşünürsə, İlqar da elə düşünür. Amma anlamaq lazımdır ki, heç kim Azərbaycan kimi bir ölkədə homoseksual doğulmaq istəməzdi. Heç kimin belə bir arzusu olmaz. Deməli, bu həmin insanların seçimi ilə baş verməyib. Bunu anlayaraq, mən Fateh onlardan üz döndərsəm, mütərəqqi bir şəxsə bu yaraşmaz. Mən bu adamlara qarşı çox dözümlüyəm. Dostlarım, tanışlarım arasında da belələri var."

"Popumuz var"da təqdim olunan top-10luqda Dj Fateh Xalq artisti Brilliant Dadaşovanın, Aygün Kazımovanın və əməkdar artist Röya Ayxanın son günlər ifa etdiyi mahnılar haqda çox da yüksək fikirdə olmadı. 

"Tet-a-tet" mahnısı klassik Brilliant Dadaşova ənənələrindən kenardır. Mən Brilliantın ifasında lirikanı xoşlayıram. Bu mahnı isə, qəlbimə yol tapa bilmədi. 

Aygün su kimidir. Onun çox böyük arxivi, zəhməti, irsi var. Lakin duetlərdə bu xanım məncə çox uğurlu olmur. Aygünün duetlərə ehtiyacı yoxdur. Ona qatılan qatqılar, siroplar, istəyir Filip Kirkorov olsun, istəyir başqa birisi olsun, o sanki, gücü Aygündən alır. Aygünün dəyərini azaldır. Aygünün duetlərini bəyənmirəm. Səmimi olsaq, Aygün heç kimlə duet oxumasın, bu qadın tək özü partlatmaq gücündədir.

Röyanın ifasında sevdiyim nəğmələr var. Lakin, o mənim çox dinlədiyim müğənni deyil".
BAKU.WS
VİDEO