VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzi söylənən sözlərin altında qalmağa qərar verdim. Biri mənə söz atdığında, hətta söyləyən sözünün mənasının fərqində olmursa, məni deşib, əzib keçdiyini görərək, başa düşməyə çalışıram. Mənə ağır gələn o söz "altında əziləcəyim, ya da əziləcəkləri" qədər ağır bir şeylərimin olduğunu xatırladır mənə".

BAKU.WS
xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova yazıb. Sənətçi ona söz atanlara cavab verib:

"Əvvəlcə sözü söyləyənə əsəbləşirəm, sonra "niyə bu qədər etina edirəm ki?" deyib, yaxşıca özümə əsəbləşirəm. kaş ki, söyləyənlər də o qədər ağır sözlər sərf etməsəydi... Əslində, o da söyləyə bilər, sözünü deməkdə, fikrini söyləməkdə hər kəs sərbəstdir. Yaxşı, bəs, onun o sözü mənə nə edir ki?

İstəyirəmsə, qarşımdakı insanı başa düşməyin yollarını axtarıb tapacam. Lazım bilsəm, ona "sözünü yedizdirib", yeni bir məsuliyyət alacağam. İstəsəm də münasibətin pozulmamağının yollarını axtaracağam. Söylədiyi sözün yaşadığı travmalarla, yaralarla əlaqəli olub-olmadığını ölçüb-biçəcəyəm. Qısası, özümü dinləyəcəm".
BAKU.WS