SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyaldan boşanma xəbərləri yayılıb. 

BAKU.WS məlumat verir ki, aktrisa yayılan şayiələrə "ATV Maqazin Onlarla" verilişində aydınlıq gətirib:
 
"Ürəyinə salıb, bunu dərd etməyə dəyməz. Hər eşidilən sözlər doğru olmur. Şəxsi səhifəmizə yazırlar ki, "Bunlar boşanmadılar?". Bilmirəm, bunlar nə vaxta kimi davam eləyəcəklər. Onlar danışmağa, mən də öz həyat yoldaşımla xoşbəxt yaşamağa davam edim. Ailə qurduğumuz bu neçə ildə biz bir gün də olsun, bir-birimizdən ayrı qalmamışıq. Bir-birimizə çox hörmət edirik, sevirik. Xoşbəxtik. Niyə də xoşbəxt olmayım? Allah mənə hər şeyi bəxş edib". 

Aktrisa övlad dünyaya gətirmək arzusundan da bəhs edib:
 
"Qismət Allahındır. Olarsa-olar, olmazsa, yenə də şükür. Buna görə həyatımı qaraldıb, depressiyada yaşamaram". 
 
BAKU.WS