SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur modellər Türkiyənin Antalya şəhərində mənfi 15 dərəcə soyuqda alt paltarları nümayiş etdirib.
 
BAKU.WS-in məlumatına görə, Antalyada yerləşən "Qar Dünyası Əyləncə Mərkəzi"ndə baş tutan bikini çəkilişində maraqlı görüntülər ortaya çıxıb. 7 model təqdimat üçün kamera qarşısına keçib.

Bir bikini markasının 2016-cı il üçün alt paltarı təqdimatı üçün kamera qarşısına keçən modellər süni qarla dolu mərkəzdə soyuğa baxmadan pozlar verib. Çəkilişə Ayran Əlioğlu, Lazayet Yeleşeva, Ulyana Tarasyuk, Alina Kim, Şakida Şamsiyeva, Viktoria Sançez və Alena Sereqina qatılıb. Çəkilişlər düz iki saat davam edib.

40-dan çox yeni bikininin tanıtıldığı çəkilişlərə soyuq olduğu üçün tez-tez fasilələr verilib. Modellər çay içərək qızınmağa çalışıb. Çəkilişdən sonra qartopu oynayan modellər, xizəklə sürüşməyi də yaddan çıxarmayıb. 
 
BAKU.WS