VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 ay əvvəl "Mal-mal" mahnısına görə 30 sutkalıq həbs cəzası verilən reper Rüzgar Murad Arifin "Youtube" kanalında təqdim etdiyi "Popumuz var" layihəsinin qonağı olub.

BAKU.WS 
xəbər verir ki, Rüzgar bətl, trep, həbs və narkotiklərdən danışıb.

Azərbaycanda olduğu kimi Türkiyədə də məşhurlaşmağı bacaran, lakin vətənə geri dönən musiqiçi burada həbs olunmasına pozitiv yanaşır.

"Həbs edilməyim mənə mənəvi və fiziki cəhətdən pis təsir etsəydi, mən sakit qalmaram. Nə oldusa, yaxşı oldu. Onların fikrilə razıyam. Bir ay internetdən, telefondan uzaq qaldım. Kitab oxudum, mahnı yazdım, idman etdim. Oradan çıxanda başqa hisslər keçirdim. Reklam baxımından da xeyirli oldu. Allah məni sevir",- deyib. 

Məşhur reper sağlamlığında problem yarandığını açıqlayıb: 

"Əziz izləyicilərim, mənə çox verilişdən təklif gəlib. Bir əməliyyat keçirmişəm, onun üçün heç bir verilişə qatıla bilmirəm. Bu mənim səhhətimlə əlaqədardır. Həkimim sağ olsun, mənim üçün müvəqqəti rahatçılıq yaratdı. Bundan istifadə edib birinci Muradın verilişinə çıxmaq istədim. Çünki burada məni az-çox tanıya bilərsiz. Mən sağalım, yaxşı olacaq".

Rüzgar məqsədinin Amerikanın dünyada məşhur "Qremmy" musiqi mükafatını Azərbaycana gətirmək olduğunu deyir:

"Bu mənim üçün realdır. 2016-cı ildə Amerikanın musiqi şirkətlərinin birindən təklif gəlmişdi. Amerikaya gedəcəyimi planlaşdırdığım üçün hətta səsyazma studiyamı satdım. Viza ala bilmədim. Hazırda məqsədimə doğru gedirəm".

Qeyd edək ki, ölkənin əsas Youtube layihəsi "Popumuz var" 2 aylıq fasilədən sonra yeni buraxılışını izləyicilərin ixtiyarına buraxıb. Layhənin rəhbəri və aparıcısı tanınmış musiqiçi, müğənni və aparıcı Murad Arifdir. 

"Popumuz var" layihəsinin informasiya dəstəyi BAKU.WS saytıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO