SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Elza Seyidcahan yenə də yazdığı şerlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Elza Seyidcahan “İnstagram” səhifəsində yeni yazdığı şeiri paylaşıb.

"Metamorfozlar" adlı şeir böyük qalmaqala səbəb olub.

Şeiri təqdim edirik:

Elə bilirsən ,
Səni məndən soruşmurlar?
-Hanı o?
O hanı?
- Danışmıram, 
Eşqimizin faydasıdır,
susuram.
- Elə adamları sevdim ki,
Səni sevdiyimdən 
Betər.
Görürsən?
Hec yadıma düşmürlər,
Unuduram.
Gəlmirlər, getmirlər,
Öpmürlər, sevirlər.
Sən də, elə öləcəksən
dərdimdən.
Cıxacaqsan,
yaddaşımın ruhundan,
birdəfəlik.
İkidəfəlik olmur.
Sevgi olur birdəfəlik.
Gəldi, gördü, sevdi, oldu, bitdi.
Bitdi, oldu , bitdi.
- Sən məni sevdin,
Mən səni seçdim.
Sən məni aldın.
Mən sənə verdim..
Könlümü verməseydim,
Ömrüm getməliydi qəmə.
Gəlmişdim birdəfəlik,
Yar baxcasından sənə.
Xal yanaqlı,bal gəlini,
fəda olan xar dəlini.
Əlində ətiri qalan,
Qolunda doynu quruyan,
Yolunda başı əyilən,
Mən,mən,mən!
---Yolda qalan gözlərim
Necə yatsın?
Dilimə hopan öpüşlərin
gecə vaxtı,
Dodaqımızda susan pıcıltılara,
cıqır deyib
Ürəyimizdə şişən sözlərimizi
necə ovutsun?
- Ay adamsız evlər,
Dərd cəkmiyin siz.
- Evsiz adamlar partdıyır
Adamsız evlər catdıyır
Ərsiz arvadlar aqrıyır
Arvadsız ərlər sızlayır
Qardaşsız bacılar neyniyir?
Bacısız qardaşlar kef eliyir...
Bəs qardaşsız torpaq ?
- Ey dilsiz zamanlar,
Susuz amanlar.
Ey haqlı gumanlar
Haqsız umanlar.
Bu atamsız anam,
Anamsız yaman.
- Düşməyəcəyəm yadıva,
Düşməyəcəksən yadıma.
Gəlməyəcəksən yanıma,
Qacmayacaqam qucaqına.
Qolların həsrət qalacaqsa
əyər,
Bunun günahını axtarmaqa
məyər,
Ürəyini üzüb sızıldatmaqa
dəyər?
Həsrət səni əyər.
Baxma mənə.
Səni gözlərim məqlub 
edər.
- Nə etsin bədənimiz?
Sözlər nə desin?
Möhtacıdır onlar
Saf eşqimizin.
Cəhənnəm.əzabıdır 
Yolunu gözləmək,
Bizi yaratdı yenidən,
Güclü sevişmək.
Ömrüvün dəyəri mənəm
Quyuda olan su tək.
Ruhumun dəyəri sənsən
Evin dəyəri insan kimi.
Adamsız evlər qarıyır
Ərsiz arvadlar kimi.
Adamsız evlər quruyur,
Heyvansız meşələr kimi.
Cəkilir,
Suyu qurumuş caylar kimi.
Sonudur,
balıqsız dənizlər kimi.
arısız pətəklər kimi.
- Son beşiklər
evdə qalsa,
Yurdda yatsa,
Ocaqımıza köz atsa,
Evlər adamsız qalmasa,
Cıraqımız sönməsə,
Qəbirlər aqlamasa,
Eşidin məni:
Evdən gedən, evə dönən,
Evdə yatan, evdə ölən,
Qalan...
Evdən qacan insanlar...
Evdən adam iyi gələr,
Yaqlı badam iyi gələr,
Evdən adam iyi gələr.
BAKU.WS