SİZİN REKLAM BURADA!
055 213 76 73


"İnstagram"da oturanların 80 faizi boş-bekar, ucuz, dəyərsiz, mənasız insanlardır". 

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, bu fikirlər Şəbnəm Tovuzluya məxsusdur.

Canlı yayımda qonaq olan populyar ifaçı sosial şəbəkədə mənfi rəy yazan izləyicilərindən şikayətlənib:

"Mənim heç vaxtım da yoxdur ki, o şərhləri oxuyum. Axşamlar boş vaxtım olanda bir az oxuyuram. Baxıram ki, artıq dəxlisiz şeylər yazırlar, başqa işlərimlə məşğul oluram. 1000-2000 şərh gəlir, onların hamısını sona qədər oxumağa hövsələm yoxdur.  

Belə də ki, düz deyirlər, bu gün "İstagram"da oturanların çoxu boş-bekar uşaqlardır. Normal, ağıllı adam heç vaxt ora pis şərh yazmaz. Məni bəyənmirsənsə, sevmirsənsə, məni dinləmirsənsə, məndən xoşun gəlmirsə, məni izləmə".  

Aysel
BAKU.WS
VİDEO