İllərdir küsülü olan xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasından soyuq müharibə hələ də davam edir.
 
BAKU.WS
xəbər verir ki, Dadaşovanın dünən mərhum sənətkar Mirzə Babayevin doğum günü ilə bağlı paylaşdığı videoya verdiyi şərh Kazımovanı qıcıqlandırıb.

Düşmən münasibətləri yenidən alovlandıran əsas bu sözlər olub:   

"16 iyul Mirzə dayımızın dünyaya gəldiyi gündür. Yaxşı ki, o, bu gün estradamızın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, 3 notdan ibarət mahnı ifaçıların özlərinin pulla satın aldıqları öz səviyyələrində olan bəzi maqazin proqramlarının aparıcıları və bəzi “jurnalist” dostları vasitəsiylə “Star“, "Əsas müğənni“ adlandırdıqlarını da görmədi. Yaxşı ki, görmədi... Qadın ifa manerasında oxuyan bəzi kişi müğənnilərini də yaxşı ki, görmədi..."

Kazımovanın bu sözlərə cavabı özünü çox gözlətməyib. Səhnəmizin divası Mirzə Babayeva ilə arxiv görüntülərini paylaşaraq həmkarına bu sözlərlə cavab verib:

"Əsl sənət insanın ruhu təmiz, qəlbi böyük olar. O qəlblərdə yalnız gözəlliklər yer tapat. Ölməz Mirzə Babayev kimi..."

Zülfiyyə Qurbanova
BAKU.WS


VİDEO