Azərbaycan gözəli Gülnarə Əlimuradova Moskvada bahalı üzüyünü itirib. 

BAKU.WS 
Rusiya KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı modelin üzüyü dünən “Çayxana” restoranında yoxa çıxıb.

O, tualetə gedərkən üzüyünü çıxarıb, geri qayıtdıqda isə üzüyü qoyduğu yerdə görməyib.


“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi artıq bununla bağlı Moskva polisinə müraciət edib. Ona dəymiş zərərin 1,5 milyon rubl, (təxminən 40 min manat) olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aysel
BAKU.WS