SİZİN REKLAM BURADA!
055 213 76 73


Prodüser Təranə Səmədovanın “ATV maqazin onlarla” proqramında açıqlamaları müğənni Rəqsanə İsmayılova arasında illərdir davam edən qalmaqalı yenidən alovlandırıb.  

BAKU.WS
xəbər verir ki, prodüser Rəqsanənin modelyer sözünü “madalyer” kimi söyləməsini ələ salıb və onu zövqsüz, vicdanı olmayan bir müğənni adlandırıb. 

Təranə verilişdə ad çəkmədən həbsə düşməsində çalışdığı xanım müğənnilərdən birinin əli olduğunu da deyib.

Rəqsanə Təranənin bu açıqlamalarına artıqlaması ilə cavab verib. Müğənni prodüseri evli kişi ilə sevgili olmaqda ittiham edib:

“Sən çox axmaq adamsan. Həbsdən sonra da məni unutmayıb. Hara gedirsə, məndən danışır. Susuram, elə bilir ki, deməyə sözüm yoxdur. Kaş ki, sənin həbsxanaya girməyində mənim əlim olardı. Onda fəxr edərdim ki, sənin kimi lazımsız insanın ora düşməsinə səbəbkar olmuşam. Axmaq bir insansan! Qanunlarımız düzgün işləyir. Amma gərək sən azadlığa çıxmayardın. Çünki həbsdən sonra dilin daha da uzandı.

Sən hansı vicdandan danışa bilərsən? Qəzaya düşmüşdün, qolusınıq halda qızımın adına nömrə açıb “odnoklassnik”ə qoydun. Hansı sevgilindən danışırsan? Hava limanında çalışan? İstəyirsən ki, onun atasına zəng vurub deyim ki, oğlunu yığışdır? Məni bu həddə çatdırma! Hansı sevgili? Onun həyat yoldaşı mənə “whatsapp”da gözyaşı axıdır. Həmin qadının da evini yıxmısan”.

Bundan əlavə, ifaçı “madalyer” mövzusuna da toxunub: “Efirdə “madalyer” sözünü demişəm. Rayon qızı olmuşam, indi isə tanınan biriyəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır ki, düşsün ora. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Öz disklərimi səndən oğurladım ki, canım qurtarsın".

Aysel 
BAKU.WS
VİDEO