SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin ATV kanalında yayımlanan “Kimse Bilmez” serialının aktrisası Zehra Yılmaz müsahibə verib.

BAKU.WS xəbər verir ki, müsahibəsində bildirib ki, uşaqlığı Bakı ilə bağlıdır. Onun sözlərinə görə, Bakıda böyüyüb və rus kolleclərinin birində təhsil alıb.

Türkiyəyə getdiyi ilk illər türk dilində o qədər pis danışırmış ki, hətta dili öyrənmək üçün xüsusi müəllim tutmağa məcbur olub.


Lakin qısa müddətdə türk dilini yaxşı mənimsəyə bilib.


“İstanbul daha açıq şəhərdir. Bakı isə mühafizəkar diyardır. Bakıdan İstanbula gəldiyim ilk günlər bura uyğunlaşa bilmirdim. Burada yaşaya biləcəyimə o qədər də əmin deyildim”, - deyə Zehra Yılmaz bildirib.

Zehra Yılmaz deyir ki, ən böyük arzusu Azərbaycan qadınını oynamaqdır.
BAKU.WS