VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Könül Yusifqızı açıq-saçıq geyinən ailəli xanımları və onların ərlərini tənqid edib.

BAKU.WS
xəbər verir ki, aktrisa bu barədə "Facebook"da status yazıb:

"Mən açıq-saçıq geyimi normal qarşılayıram, amma ər deyilən məxluqun arvadını kücə qadını kimi geyindirib yanında gəzdirməyini heç cür anlamıram. Açıq gözəl geyim və kücə qadınının geyimi (fahişə geyimi) - bunlar fərqli geyimlərdir.

Baxıram, Avropa və Rasiyadan gələn turistlər lap yarıçılpaq geyimdə olduqca təbii, sadə və gözəl görünür. Çünki geyimlərində vulqarlıq yoxdur. Onların açıq geyimi ilə bizimkilərin aciq geyimi arasında yerlə göy qədər fərq var.

Bizimkilərin bu kücə qadını geyimindəki arvadın yanındakı əri başa düşə bilmirəm ki, bilmirəm. Bunun müasirliklə heç bir əlaqəsini də tapa bilmirəm.
Məni başa salın, bəlkə bilmədiyim bir şey var?"

Aysel

BAKU.WS
QALEREYA