SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 19-da müğənni Narmeenin (Nərmin Behbudova)  "Не твоя" mahnısına çəkdiyi klipinin təqdimatını keçirib.

BAKU.WS
xəbər verir ki, bu müğənnin ilk klipidir. Nərmin Behbudova "O Səs Azərbaycan" da Manananın komandasında öz fərqli çıxışı və tərzi ilə maraq yaratmışdır. 

Musiqinin sözləri Fərid Mamedova, musiqisi isə ifaçının özünə məxsusdur. Musiqinin aranjimanı Los-Ancelesdə yerləşən studiyaların birində edilib. Ekran işini ukraniyalı rejissor Aleksey Krupina ərsəyə gətirib. 

Təqdimatda müğənni ona verilən suallara cavablandırdı. Müğənni tezliklə azərbaycan dilində ifa etdiyi mahnını da izləyicilərinə təqdim edəcək.

Qeyd edək ki, müğənni həm də Azərbaycanda fəaliyyət göstərən "Dervish Band" qrupunun solistidir.  

Lalə Ramizqızı
BAKU.WS
VİDEO

QALEREYA