"İndi işləməsəydim, məni qocalar evinə qoyacaqdılar".

BAKU.WS xəbər verir ki, bu sözləri "Səhər-səhər" verilişində aparıcılıq edən müğənni Əli Mirəliyev deyib.

O, işsiz qaldığı vaxtlarda ailəsi və ətrafının ona göstərdiyi münasibəti xatırlayıb: 

"ARB-yə təşəkkür edirəm ki, mənə iş verdi. İki ildən artıqdır burada çalışıram. Əvvəl hamı məndən üz döndərmişdi. Arvadım deyirdi ki, sənin oxumağın qurtardı, get, bağda ağacları sula. Heç mənə yemək də bişirmirdi. Ailəmi dəyişən deyiləm, amma mən də insanam. İndi işləməsəydim, məni qocalar evinə qoyacaqdılar".

Aysel

BAKU.WS


VİDEO