VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əzizim Sara xanım, elə bil səsim də oğlumla harasa gedib..."

BAKU.WS 
xəbər verir ki, bu sözləri oğlunun vəfatından sonra səhnə ilə vidalaşan müğənni Zöhrə Abdullayeva tanınmış jurnalist Sara Safuranın çağırışına cavab olaraq deyib.

Sara xanım bir il öncə xərçəng xəstəliyindən dünyasını dəyişən yeganə oğluna görə acı çəkən və səhnədən uzaqlaşan, efirlərə çıxmayan sənətkara görə narahatlığını dilə gətirib. 

Jurnalist başda xalq artisti Zeynəb Xanlarova, Alim Qasımov olmaqla sənətkarlara, eləcə də Zaur Kamal, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı və digər tanınmış teleaparıcılara müraciət edib.

“Qayıdın, siz Azərbaycan səhnəsinə lazımsınız, sevənləriniz sizi gözləyir” – deyən jurnalist göz yaşlarına hakim ola bilməyib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO