SİZİN REKLAM BURADA!
055 213 76 73


Madriddə keçirilmiş final oyununda meydana yarıçılpaq çıxan amerikalı model Kinsi Volanskinin (Kisney Wolansky) “Instagram” hesabı bağlanıb.

BAKU.WS
xəbər verir ki, K.Volanski İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmaqla oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bu hərəkətinə qədər Kisneyi İnstagramda 200 min insan izləyirdi, bir gecəyə onu "follow" edənlərin sayı 2,5 milyona qalxıb. 

Eyni zamanda onun adına sosial şəbəkələrdə minlərlə səhifələr açılıb, "Youtube"da minlərlə video paylaşılıb və Kisneyə İnstagram səhifəsində reklam paylaşımı üçün böyük məbləğdə pullar təklif olunurdu.

K.Volanski məşhur rusiyalı youtuber Vitaly Zdorovetskynin sevgilisidir. Model meydana məhz üzərində “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı. Qız saytı reklam etməklə, sayta böyük izdiham girişi olub və 1 gecədə 3.6 milyondan çox pul qazanıblar.

Vitaly maraqlı pranklar çəkməklə məşğuldur və kanalı "VitalyzdTv"nin "Youtube"da 10 milyona yaxın izləyicisi var. Eyni zamanda "vitalyuncensored" saytının rəhbəridir.

Sevgilisi Vitali də eyni hərəkəti 2014, 2016-cü illərdə bir çox futbol, final oyunlarında edib və böyük pullar qazanıb. İnstagramda sevgilisinin bu hərəkəti etməsi ilə fəxr etdiyini yazıb. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO