VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Son günlər ölkə telekanallarında bəzi müğənnilərə efir qadağası qoyulması məsələsi gündəmdədir. 

BAKU.WS məlumat verir ki, axşam.az bununla bağlı kiçik araşdırma aparıb və ortaya maraqlı məqamlar çıxıb. Bəlli olub ki, bəzi tanınmış sənətçilərin müəyyən telekanallara çıxışına icazə verilmir. 

Xalq artisti Nazpəri Dostəliyeva bu siyahıda ilk yeri tutur. Müğənni bir müddət öncə mətbuata açıqlamasında da bildirmişdi ki, ANS və "Region" TV-dən başqa heç bir kanalda çıxışına icazə verilmir.
 
Xalq artisti Flora Kərimovaya isə "Space" telekanalında efir qadağası var. 

Xalq artisti Brilliant Dadaşova "Lider" TV-də qadağa ilə üzləşib. 

Əməkdar artist Röya ilə ANS telekanalı arasında ədavət yaşanır. Bu səbəbdən artıq uzun müddətdir ANS-də Röyanı görmək mümkün deyil. 

Müğənni Roza Zərgərli ATV-də "qadağan olunmuşlar" siyahısındadır. 

Müğənni Ayan Babakişiyevanın da bir neçə telekanala çıxışına icazə verilmir. ATV, "Space" və ANS onun adını "qara siyahı"ya salıb. 

Müğənni-bəstəkar Elçin Cəfərovun da ATV-də görünməyi yasaqlanıb. 

Müğənni Elnarə Xəlilova da ATV və ANS-də "zapret"də olan sənətçilər siyahısındadır. 

Müğənni Natavan Həbibi isə ANS-də "qadağan olunub". 

Rəqqasə Oksana Rəsulovanın da ANS-ə çıxışına icazə verilmir. 

"Bu şəhərdə" aktyorları Rəfael və Coşqun da ANS-də qadağaya məruz qalıblar. 

Müğənni Aslan Hüseynovun isə AzTV-də çıxışına qadağa qoyulub. 

Müğənni Nura Suri "Space"də "qadağan olunmuşlar" siyahısındadır. 

Sevil və Sevinc bacılarının da ATV-də görünməyinə "qadağa" var. Bu, onların rəqib telekanalda - "Xəzər" TV-də aparıcılıq etməsi ilə bağlıdır. 

"Bakılı oğlanlar" komandası da bir müddət öncə açıqlamalarında bütün telekanallarda qadağa ilə üzləşdiklərini bildiriblər.
 
BAKU.WS