VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi xalq artisti Könül Xasıyeva olub.

Könül Xasıyeva məyusluğunu dilə gətirib:

“Yəqinki hər kəsin özünə görə problemi var. Gələn, axtaran, axtarmayan da sağolsun.  Artıq yaydı, hamını Şəkiyə dəvət edirəm, gəzməyə. Hələ ölməmişəm. Gəlin, necə lazımdır qulluğunuzda durmağa hazıram. Etibar, inam indi artıq azalıb. Bilmirəm nə ilə əlaqəlidir.

Bir neçə aydır rayondayam. O vaxt təndirə çörək yapılardı və ondan qonşuya pay düşərdi. Görürəm ki, indi o şeylər yoxdur. Mənə həqiqətən çox təsir edir, pis oluram. Pul itirə bilərik, vaxt itkisi ola bilər, amma bu elə bir şeydir ki, bunu itirsək hər şeyi itiririk”.
BAKU.WS
VİDEO