SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsinə dünyaca məşhur müğənni Madonna damğa vurub.

BAKU.WS xəbər verir ki, Madonna Təl-Əvivdə keçirilən finalda səs vermədən əvvəl 2 mahnı oxudu. Müğənni bütün dünyada boykot çağırışlarına baxmayaraq finalda çıxış edib.

Madonna möhtəşəm bir xoreoqrafiya ilə "Like A Prayer" mahnısını səsləndirdi. Madonnanın ifası zamanı iki rəqqasın kürəyindəki İsrail-Fələstin bayraqları diqqət çəkib. Madonnanın bu addımı dünya mətbuatında böyük səs-küyə səbəb olub.

İslandiya təmsilçiləri isə yarış zamanı Fələstin bayrağı açaraq mesaj verib. 

Qeyd edək ki, “Dare to Dream” ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub. Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub.
BAKU.WS
VİDEO

QALEREYA