Müğənni Afaq Aslanın vergi borcunu ödəməməsi və ölkədən çıxışına qadağa qoyuması xəbəri gündəmi zəbt edib.

BAKU.WS  
mətbuat.az-a istinadən xəbər verir ki, Afaq Aslan məlumatın mediaya kim tərəfildən sızdırılmasından xəbərsizdir:

“Hadisə 1 həftə əvvəl baş verib. Dubayda istirahətdə olarkən vergidən mənə zəng gəldi və səfər uzandığı üçün ödəniş edə bilmədim. Böyük bir məbləğ deyildi. Sadəcə olaraq xəbərdarlıq olundu və mən qayıdan kimi həmin məbləği ödədim. Hazırda heç bir qadağam yoxdur”.

10:16:46

Müğənni və model Afaq Aslanın ölkədən çıxışına qadağa qoyulub,  

BAKU.WS xəbər verir ki, bu barədə xəbərçi.az "İnstagram" səhifəsi məlumat yayıb.

Bildirilir ki, buna səbəb sənətçinin vergi borcunu ödəməməsi olub.

Aslan ləqəbli məşhura dəfələrlə dövlətə olan borcunu ödəməsi xəbərdarlığı olunsa da, Afaq buna məhəl qoymayıb və sənətçinin ölkədən çıxışına qadağa qoyulub.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ